Pirşağı qəsəbəsinin yol infrastrukturu yenilənəcək

Pirşağı qəsəbəsinin yol infrastrukturu yenilənəcək
# 19 iyun 2020 16:46 (UTC +04:00)

Dövlət başçısının tapşırığına əsasən, rahat gediş-gəlişinin təmin olunması üçün vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, Sabunçu rayonu Pirşağı qəsəbəsində yol infrastrukturunun tamamilə yenilənməsi istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yaxın günlərdə genişmiqyaslı təmir-tikinti işlərinə start veriləcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən APA-ya bildirilib ki, anoloji işlər 2019-cu ildə rayonun Kürdəxanı qəsəbəsində aparılıb. Bu çərçivədə qəsəbənin 74 km-ə yaxın 124 küçəsi təmir olunub.

Ümumilikdə isə vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində Prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən 2019-cu il ərzində Bakı şəhərinin Sabunçu rayonunun Maştağa, Bakıxanov, Ramana, Sabunçu, Kürdəxanı, Zabrat və Pirşağı qəsəbələrində 87 km uzunluğunda olan 135 küçə və yola asfalt-beton örtüyü döşənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR