Prezident İlham Əliyev və Mehriban Əliyeva Abşeronda bir sıra sosial obyektlərin, Yasamalda meşə tipli parkın açılışında iştirak ediblər - YENİLƏNİB

Prezident İlham Əliyev və  Mehriban Əliyeva Abşeronda bir sıra sosial obyektlərin, Yasamalda meşə tipli parkın açılışında iştirak ediblər - YENİLƏNİB
# 01 fevral 2021 21:14 (UTC +04:00)

Fevralın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Abşeron rayonunda bir sıra sosial obyektlərin, həmçinin paytaxtın Yasamal rayonunda yeni salınan meşə tipli parkın açılışında iştirak ediblər.

APA xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım əvvəlcə ulu öndər Heydər Əliyevin Xırdalan şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydular.

Qeyd edək ki, ötən ilin birinci rübündən pandemiya, sonuncu rübündən – postmünaqişə dövrü müxtəlif istiqamətlərdə həyata keçirilən siyasətə yeni reallıqdan baxılmasını şərtləndirib. Xırdalanda açılışı nəzərdə tutulan sosial-iqtisadi obyektlər bir daha sübut edir ki, istənilən çağırış və təsirlərə baxmayaraq, regional inkişaf strategiyası ardıcıl həyata keçirilməkdədir.

***

16:10

Fevralın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Abşeron rayonunda bir sıra sosial obyektlərin, həmçinin paytaxtın Yasamal rayonunda yeni salınan meşə tipli parkın açılışında iştirak ediblər.

APA xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım ulu öndər Heydər Əliyevin Xırdalan şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR