Prezidentin köməkçisi: "Ayrı-ayrı hallar istisna olmaqla, Silahlı Qüvvələrimizdə kütləvi yoluxma baş verməyib"

Prezidentin köməkçisi: "Ayrı-ayrı hallar istisna olmaqla, Silahlı Qüvvələrimizdə kütləvi yoluxma baş verməyib"
# 19 noyabr 2020 14:15 (UTC +04:00)

“Ayrı-ayrı hallar istisna olmaqla, Silahlı Qüvvələrimizdə yoluxma kütləvi formada baş verməyib”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Operativ Qərargahın üzvü, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, bu istiqamətdə ayıq-sayıqlığın davam etdirilməsi vacibdir: “Yeni növ koronavirusa (COVİD-19) yoluxmanın artması bizi narahat edir. Bizim yaralı əsgərlərimiz var və onların koronavirusa yoluxmasının qarşısının alınması da əsas vəzifələrdən biridir. Onların sağlamlığını qorumaq üçün bu, vacibdir. Biz Vətən Müharibəsində qalib gəldik, koronavirusla mübarizədə də qalib gəlməyimiz zəruridir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR