Prezidentin köməkçisi: “Beynəlxalq səviyyədə tam təsdiqlənmiş peyvənd bazara çıxarılanda Azərbaycan da onu almaq üçün işlər aparacaq”

Prezidentin köməkçisi: “Beynəlxalq səviyyədə tam təsdiqlənmiş peyvənd bazara çıxarılanda Azərbaycan da onu almaq üçün işlər aparacaq”
# 15 avqust 2020 11:45 (UTC +04:00)

“Peyvəndlərin tətbiq olunması ilə digər kütləvi xəstəliklərin də qarşısı dünyada alınıb”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, peyvəndlərin əlçatanlığı səviyyəsində beynəlxalq təsisatlar da mövcuddur: “Azərbaycan da bu təşəbbüslərdə yaxından iştirak edir və prosesləri yaxından izləyir. Dünyada müxtəlif regionlarda müxtəlif dövlətlər tərəfindən peyvəndlə əlaqədar işlər aparılır. Rusiyada aparılan işləri də biz yaxından izləyirik. Beynəlxalq səviyyədə tam səviyyədə təsdiq edilmiş peyvənd bazara çıxarılanda Azərbaycan da bu peyvəndin alınması üçün işlər aparacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR