Prezidentin köməkçisi: “Hazırkı yoluxma sayı ilə toy və ad günlərinin keçirilməsi qadağandır”

Prezidentin köməkçisi: “Hazırkı yoluxma sayı ilə toy və ad günlərinin keçirilməsi qadağandır”
  • Clock-gray 16:43
  • calendar-gray 19 Mart 2021

“Toy və ad günü mərasimlərinin keçirilməsi qadağandır”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Prezidentin köməkçisi bildirib ki, hazırkı yoluxma sayı ilə kütləvi tədbirlərin keçirilməsinə icazə verilə bilməz: “Hazırda ad günü keçirmək qadağandır. Kimsə bunu edirsə, qaydaları pozur”.

Ş. Mövsümov avtobusda yaşanan sıxlıqla bağlı suala da cavab verib.

“İctimai nəqliyyat fəaliyyət göstərən günlərdə sərnişinlərin ondan istifadəsi qadağan deyil. Lakin hansısa polis əməkdaşı deyirsə ki, “sıxlaşın iki nəfər də minsin”, əlbəttə, o düz etmir", - deyə o bildirib.

Firuzə Vahid

Digər xəbərlər