Prezidentin köməkçisi: “Koronavirusla bağlı Azərbaycanın vəziyyəti digər ölkələrlə müqayisədə yaxşıdır”

Prezidentin köməkçisi: “Koronavirusla bağlı Azərbaycanın vəziyyəti digər ölkələrlə müqayisədə yaxşıdır”
# 08 aprel 2020 17:50 (UTC +04:00)

“Hadisələrin inkişaf tendensiyalarına uyğun addımlar atılır”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında fövqəladə vəziyyətin elan edilməsi ilə bağlı ehtimala dair sualı cavablandıran Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, görülən işlərin nəticəsində Azərbaycanın vəziyyəti digər ölkələrlə müqayisədə yaxşıdır: “Azərbaycanın təcrübəsini öyrənmək istəyən dövlətlər var. Qaydalardan kənara çıxmaq istəyən vətəndaşlara münasibətdə də müvafiq addımlar atılır”.

H. Hacıyev Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın xalqa müraciət etdiyini xatırladıb: “Hər bir vətəndaşın bu məsuliyyəti paylaşması lazımdır”.

Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov isə nəzərə çatdırıb ki, dövlət başçısı fövqəladə hal elan edilməsini istisna etməyib: “Dövlət lazım gəldiyi halda bütün tədbirləri görəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR