Prokurorluq orqanlarında işləmək istəyənlər üçün tеst imtаhаnı keçiriləcək

Prokurorluq orqanlarında işləmək istəyənlər üçün tеst imtаhаnı keçiriləcək
# 04 fevral 2021 11:32 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə müvafiq olaraq prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

DİM-dən APA-ya verilən məlumata görə, sənəd qəbulu prokurorluq orqanları tərəfindən aparılıb və işə qəbul olunmaq üçün müsabiqədə iştirak etmək istəyən 412 nəfərin namizədliyi qeydə alınıb.

İmtahan kompüter vasitəsilə elektron qaydada DİM-in Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binasında 2 növbədə keçiriləcək.

İmtahan saat 10:00-da və 15:00-da başlayacaq. Hər növbədə 206 nəfər iştirak edəcək. Namizədlərə imtahanı hansı vaxtda verməli olduqları haqqında məlumat prokurorluq orqanları tərəfindən verilir.

Test imtahanı 3 sааt dаvаm еdir. İmtаhаndа nаmizədlərə 100 suаldаn ibаrət suаl kitаbçаsı təqdim оlunаcаq: iхtisаs üzrə 80 suаl hüququn müхtəlif sаhələrini əhаtə еdir və bu sualların hər biri 1 balla qiymətləndirilir. Digər 20 suаl isə nаmizədlərin məntiqi nəticə çıxarmaq qabiliyyətini yохlаmaq üçün nəzərdə tutulub. Məntiqi suаllаrа vеrilən hər düzgün cаvаb 0.5 bаllа qiymətləndirilir. Müsabiqə şərtlərinə uyğun olaraq test imtahanında 70 və dаhа çох bаl tоplаmış namizədlər növbəti mərhələyə burахılacaqlar.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaqdır.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR