Pərviz Yusifov: "Peşə təhsili üzrə qəbul planına 18 260 yer ayrılıb"

Pərviz Yusifov: "Peşə təhsili üzrə qəbul planına 18 260 yer ayrılıb"
# 10 avqust 2020 11:48 (UTC +04:00)

"2020-2021-ci tədris ilində peşə təhsili üzrə qəbul planına 18 260 yer ayrılıb".

APA-nın məlumatına görə, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov deyib. O bildirib ki, bunlardan 11 040 yer dövlət , 7220 yer qəbul isə ödənişli əsaslarla həyata keçirələcək.

"Nazirlər Kabinetinin qərarına əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, həmçinin I, II və III dərəcə əlilliyi olanlar, şəhid ailəsinin üzvləri, 20 yaşına çatmamış və I dərəcə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət tərəfindən ödəniləcək. Həmçinin 2020-2021-ci tədris ilində müvafiq sosial həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin yarısı dövlət hesabına qarşılanacaq".

P.Yusifov qeyd edib ki, bu ilin sonuna ixtisaslar üzrə təsnifat yenidən hazırlanacaq: "Burada əsas məqsəd peşə təhsilinə yeni ixtisaslar gətirmək, köhnə ixtisasları isə çıxarmaqdır. Növbəti ildə tam hazır təsnifatla qəbul aparılacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR