QƏRARGAH: Azərbaycanda koronavirusa yoluxan iki şəxs vəfat edib

QƏRARGAH: Azərbaycanda koronavirusa yoluxan iki şəxs vəfat edib
# 05 aprel 2020 19:26 (UTC +04:00)

"Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasına yoluxan iki şəxs vəfat edib".

Bu barədə APA-ya Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat daxil olub.

Məlumatda bildirilir ki, 1931-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı şəkərli diabet xəstəsi olub, 1956-cı il təvəllüdlü digər vətəndaşın anamnezində isə ürəyin işemik xəstəsi, arterial hipertenziya və şəkərli diabet xəstəsi olduğu qeyd edilib:

"Onlardan COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Xəstələrin səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib. Hazırda onların ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR