"Qaçqınkom": 4687 mənzil ölkə rəhbərliyinin tapşırığının icrası üçün istifadə olunacaq

"Qaçqınkom": 4687 mənzil ölkə rəhbərliyinin tapşırığının icrası üçün istifadə olunacaq
  • Clock-gray 15:42
  • calendar-gray 08 Yanvar 2021

Ötən il məcburi köçkünlər üçün inşa olunmuş yaşayış sahələrinin dövlətimizin başçısının göstərişinə uyğun şəkildə istifadəsini təmin etmək üçün müvafiq tədbirlərin görülməsinə başlanılıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, 2020-ci ildə  Bakı şəhərinin Qaradağ rayonundakı “Ümid” qəsəbəsində 180 ailə üçün beşmərtəbəli 3 yaşayış binasının, Binəqədi rayonunun Xocasən qəsəbəsində doqquzmərtəbəli 5 binadan ibarət 810 ailəlik yeni məhəllənin, 624 şagird yerlik məktəb binasının, 140 yerlik uşaq bağçasının, inzibati binanın və texniki infrastruktur obyektlərinin, Sabunçu rayonunun inzibati ərazisində doqquzmərtəbəli 30 binadan ibarət 1512 ailəlik məhəllənin, 1200 şagird yerlik məktəb binasının, 280 yerlik uşaq bağçasının, inzibati binanın, klub-icma mərkəzinin və texniki infrastruktur obyektlərinin, Abşeron rayonu ərazisində doqquzmərtəbəli 35 binadan ibarət  1890 ailəlik məhəllənin, 1512 şagird yerlik məktəb binasının, 280 yerlik uşaq bağçasının, klub-icma mərkəzinin və texniki infrastruktur obyektlərinin, Samux rayonu ərazisində dördmərtəbəli 9 binadan ibarət 200 ailəlik məhəllənin, 144 şagird yerlik məktəb binasının, 50 yerlik uşaq bağçasının, inzibati binanın, klub icma mərkəzinin, həkim məntəqəsinin və texniki infrastruktur obyektlərinin, Ağdam rayonunun Quzanlı qəsəbəsində 50 mənzilli beşmərtəbəli binanın, Lənkəran şəhərində 45 mənzilli beşmərtəbəli binanın, Füzuli rayonunda 95 fərdi yaşayış evindən ibarət olan yaşayış qəsəbəsinin inşası başa çatdırılıb. 

Məlumatda bildirilir ki, ölkə rəhbərliyinin göstərişinə əsasən, Füzuli rayonunda tiklimiş evlər məcburi köçkünlərə veriləcək. Yaşayışa hazır olan 4687 mənzil isə ölkə rəhbərliyinin tapşırığının icrası üçün istifadə olunacaq.

Günay Elşadqızı

Digər xəbərlər