“Qaçqınkom”un xətti ilə inşa edilmiş 4700-ə yaxın mənzilli qəsəbə və çoxmərtəbəli yaşayış binaları ƏƏSMN-nin balansına verilib

“Qaçqınkom”un xətti ilə inşa edilmiş 4700-ə yaxın mənzilli qəsəbə və çoxmərtəbəli yaşayış binaları ƏƏSMN-nin balansına verilib
# 08 yanvar 2021 12:14 (UTC +04:00)

“Ölkə başçısının qərarına əsasən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xətti ilə 2020-ci ildə məcburi köçkünlər üçün inşa edilmiş qəsəbələr və çoxmərtəbəli yaşayış kompleksləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib. Söhbət 4700-ə yaxın mənzilli qəsəbələrdən və çoxmərtəbəli yaşayış binalarından gedir. Bu mənzillər Bakı, Sumqayıt, Abşeron, Samux, Lənkəran ərazisində yerləşir”.

APA-nın məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Yeni TV-yə deyib.

O bildirib ki, yaşayış kompleksləri bütün zəruri sosial infrastruktur obyektləri ilə təchiz olunub: “Mənzillərin paylanma mexanizmi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətinə daxildir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR