Qanuna zidd əldə olunan sübut inzibati xəta haqqında işə baxılmaması üçün əsas olacaq

Qanuna zidd əldə olunan sübut inzibati xəta haqqında işə baxılmaması üçün əsas olacaq
# 22 yanvar 2021 12:36 (UTC +04:00)

İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar genişləndirilir.

APA-nın məlumatına görə, bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni 53.2-ci maddəyə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin, onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR