Qarabağda mövcud yeraltı hərbi kommunikasiyaların geofiziki üsullarla aşkarlanması üzrə tədqiqatlar aparılacaq

Qarabağda mövcud yeraltı hərbi kommunikasiyaların geofiziki üsullarla aşkarlanması üzrə tədqiqatlar aparılacaq
# 01 dekabr 2020 15:36 (UTC +04:00)

Qarabağ ərazisindəki mövcud yeraltı hərbi kommunikasiyaların geofiziki üsullarla aşkarlanması üzrə tədqiqatlar aparılacaq.

AMEA-dan APA-ya verilən məlumata görə, bu barədə Geologiya və Geofizika İnstitutunun (GGİ) Elmi şurasının iclasında müzakirə olunan akademik Fəxrəddin Qədirovun “Qarabağ ərazisində mövcud yeraltı hərbi kommunikasiyaların geofiziki üsullarla aşkar edilməsi və geoloji təhlükələrin qiymətləndirilməsi” mövzusunda elmi-tədqiqat işinin proqramında yer alıb. Məsələ ilə bağlı geniş müzakirələr aparılıb, təkliflər səsləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR