Qaradağda polis əməkdaşları koronavirusa qarşı növbəti nəzarət-profilaktiki tədbirlər keçirib

Qaradağda polis əməkdaşları koronavirusa qarşı növbəti nəzarət-profilaktiki tədbirlər  keçirib
# 25 avqust 2020 22:22 (UTC +04:00)

Bakının Qaradağ rayonunda polis əməkdaşları tərəfindən koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə ərazidə növbəti nəzarət-profilaktiki tədbirlər həyata keçirilib.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, tədbir çərçivəsində ictimai nəqliyyatda və qapalı yerlərdə maskadan istifadə etməyən şəxslərlə profilaktiki söhbət aparılıb, maskası olmayan şəxslərə tibbi maskalar paylanılıb.

Rayonda nəzarət-profilaktiki tədbirlər çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq profilaktiki tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR