Qaxda qanunsuz ov edən əcnəbilər cərimələnib

Qaxda qanunsuz ov edən əcnəbilər cərimələnib
# 25 mart 2021 18:49 (UTC +04:00)

Qax rayonunun Acınohur ərazisində xarici turistlərin qanunsuz ov hallarına yol verməsi barədə sosial şəbəkələrdə və mətbuatda yayılan məlumatlar, foto və video materiallar Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

APA xəbər verir ki, bu barədə Xidmətin rəisi Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, bəzi görüntülərdə və yerində aparılan araşdırmalarda qanun pozuntuları müəyyən edildiyindən iki əcnəbi turist Azərbaycan Respublikasının ovçuluq haqqında qanunvericiliyinin tələblərinin pozulmasına və təbiətə vurulmuş ziyana görə cərimələniblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR