Qaydaları pozan 3 nəfər magistratura imtahanından xaric olunub

Qaydaları pozan 3 nəfər magistratura imtahanından xaric olunub
# 02 mart 2021 16:44 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanında nəticələri ləğv olunan şəxslərin sayını açıqlayıb.

DİM-dən APA-ya verilən məlumata görə, 3 nəfər qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv olunub.

Qeyd edək ki, bu gün Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 28-də keçirilmiş qəbul imtahanının nəticələrini elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR