Qaz şəbəkəsinə qoşulmaya dair yeni qayda hazırlanıb

Qaz şəbəkəsinə qoşulmaya dair yeni qayda hazırlanıb
# 10 mart 2021 10:34 (UTC +04:00)

Qaz şəbəkəsinə qoşulmaya dair yeni qayda hazırlanır.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Sənəddə qeyd edilib ki, hüquqi və fiziki şəxslərin, o cümlədən sahibkarlıq subyektləri və məişət abonentlərinin qaz təchizatı şəbəkəsinə qoşulması ilə bağlı məsələlərin kompleks tənzimlənməsi məqsədi ilə Energetika Nazirliyi tərəfindən texniki norma və tələbləri müəyyən edəcək Qaydalar layihəsi hazırlanıb. Sənəd hazırda aidiyyatı qurumlarla razılaşdırma mərhələsindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR