“Qazax ədəbiyyatı həftəsi” adlı kitab sərgisi təşkil olunub

“Qazax ədəbiyyatı həftəsi” adlı kitab sərgisi təşkil olunub
# 08 aprel 2021 13:33 (UTC +04:00)

Qazaxıstanın müstəqilliyinin 30 illiyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Qazax ədəbiyyatı həftəsi” adlı kitab sərgisi təşkil olunub.

MEK-dən APA-ya verilən məlumata görə, sərgidə Qazaxıstanın tarixi, mədəniyyəti, eləcə də bir sıra digər sahələrini əhatə edən nəşrlər nümayiş olunur.

Nəşrlər sırasında “Летопись города Актау (2003-2008)”, “Modern Kazakhstan The Expo Legacy”, “The Planet of Friendship”, “Казахыстан это родина яблок (Кристофер Роббинс)”, “Mangistau”, “Политика Мира и Согласия (Нурсултан Назарбаев)”“KAZAKHSTAN AND OİC. Peace.Cooperation.Development”, bir neçə cilddən ibarət olan “Первый Президент Республики Казахстан НУРСУЛТАН НАЗАРБАЕВ Хроника деятельности” və digər kitablar yer alıb.

Qeyd edək ki, aprelin 7-də Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkarimov MEK-də “Qazax ədəbiyyatı həftəsi” adlı kitab sərgisinin açılışında iştirak edib.

MEK tərəfindən yaxın zamanlarda həmin kitablar e-kataloqa daxil edilərək, elektron formada oxucuların istifadəsinə veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR