Qəbələdə bataqlıq ərazidə qalan uşaq ilə heyvan sürüsü xilas edilib - YENİLƏNİB

Qəbələdə bataqlıq ərazidə qalan uşaq ilə heyvan sürüsü xilas edilib - YENİLƏNİB
# 31 may 2020 12:52 (UTC +04:00)

Qəbələdə bataqlıq ərazidə köməksiz vəziyyətdə qalan uşaq və heyvan sürüsü xilas edilib.

APA-nın FHN-ə istinadən məlumatına görə, Türyançay çayının Qəbələ rayonunun Savalan kəndi ərazisindən keçən hissəsində, çay yatağındakı bataqlıq ərazidə köməksiz vəziyyətdə qalan 1 nəfər və heyvan sürüsü Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib.

***

10:08

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Türyançay çayının Qəbələ rayonunun Savalan kəndi ərazisindən keçən hissəsində, çay yatağındakı bataqlıq ərazidə 1 azyaşlının və heyvan sürüsünün (təxminən 100 baş xırdabuynuzlu) köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

APA Nazirliyin saytına istinadən xəbər verir ki, Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR