Qəbələnin dağlıq ərazilərinə dolu düşüb - FAKTİKİ HAVA

Qəbələnin dağlıq ərazilərinə dolu düşüb - FAKTİKİ HAVA
# 15 iyul 2020 17:22 (UTC +04:00)

Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.

Xidmətdən APA-ya bildirilib ki, iyulun 15-i saat 17:00-a olan məlumatına əsasən Xınalıq, Daşkəsən, Oğuz, İsmayıllı, Altıağac, Xaltan, Qrız, Qəbələ, Şamaxı, Mərəzədə şimşək çaxıb, leysan xarakterli yağış yağıb.

Düşən yağışın miqdarı Şamaxıda 23, Dəmiraparançay-Qəbələdə 21 mm olub. Yağan leysan yağış nəticəsində Dəmiraparançay və Pirsaatçay Poladlıdan sel keçib.

Saat 14:30-da Qəbələ rayonunun dağlıq ərazilərinə xırda dənəli dolu düşüb.

Şimal-qərb küləyi Qəbələdə 24 m/s, Göyçayda 18 m/s-dək güclənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR