Qida əlavələri ilə bağlı cərimə tətbiq edən şəxslərin siyahısı genişləndirilib

Qida əlavələri ilə bağlı cərimə tətbiq edən şəxslərin siyahısı genişləndirilib
# 28 yanvar 2021 17:52 (UTC +04:00)

Üzərində və onların istifadəsi təlimatlarında (içlik vərəqələrində) “dərman vasitəsi deyildir” sözləri yazılmayan bioloji fəallığa malik qida əlavələrinin istehsalına, idxalına və ya satışına görə Qida Təhlükəsizliyi Agentliyinin inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyətinə malik olan şəxslərinin siyahısı genişləndirilib.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na edilən dəyişiklikdə əksini tapıb.

İndiyə qədər bu sahədə Qida Təhlükəsizliyi Agentliyinin sədri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, regional bölmələrin rəhbərləri protokol tərtib etmək səlahiyyətinə malik olub. Dəyişikliyə əsasən, bu siyahıya Qida Təhlükəsizliyi Agentliyinin regional bölmələrin rəhbərlərinin müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi daxil edilib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, üzərində və onların istifadəsi təlimatlarında (içlik vərəqələrində) “dərman vasitəsi deyildir” sözləri yazılmayan bioloji fəallığa malik qida əlavələrinin istehsalına, idxalına və ya satışına görə vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR