Qərargah: Fəvvarələr bağında baş verənlər, metrodakı olay, polisə müqavimət cəhdi qətiyyən qəbuledilməzdir

Qərargah: Fəvvarələr bağında baş verənlər, metrodakı olay, polisə müqavimət cəhdi qətiyyən qəbuledilməzdir
# 03 iyun 2020 19:22 (UTC +04:00)

“Pandemiya xəstəxanalarında 7 min çarpayı var”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, hazırda pandemiyanın ikinci mərhələsindəyik: “Bu, sərt karantin rejimindən yumşalmaya gediş mərhələsidir. Operativ Qərargah mərhələli yumşalmaya doğru getdi. Biz bu dövrdə xəstənaların imkanlarını yüksək səviyyəyə çatdırdıq. Ölkədə ən müasir müalicə və diaqnostika imkanları yaradılıb. Ancaq təəssüflər olsun ki, pandemiya ikinci mərhələyə doğru keçdikcə biz normal həyata birdən birə dönəcəyimizi düşünməməliyik. Virus heç bir yerə qeyb olmayıb. Yaxın gələcəkdə virusun vaksininin tapılması barədə heç bir ölkədə nəticə yoxdur. Biz Operativ Qərargah olaraq bildirmişik ki, bu rejimdən tədricən çıxmalı və tələblərə riayət etməliyik. Həyatımızın bütün sahələri üzrə müvafiq metodik göstərişlər hazırlanıb. Bundan başqa, müxtəlif elektron və məlumatlandırma məlumatları hazırlanıb, ictimai yerlərdə yerləşdirilib. Vətəndaşlarımız dəfələrlə edilmiş çağırışlara baxmayaraq, pandemiyanın birinci mərhələsində nümayiş etdirdikləri həmrəyliyi sanki bir qədər kənara qoyublar. Ola bilər ki, insanlar alışmadıqları sərt karantin rejimində yaşadılar, sərbəst olmaq istəyi ilə bu qaydaları pozmağa meylli olduq. Buna görə də bu gün 325 yoluxma faktı ilə qarşı qarşıyayıq. Təssüflər olsun ki, yoluxma sayı artsa da, bəzi insanlar qaydaları pozmağa cəhd edir. Bu, bəzən kütləvi hal olur. Fəvvarələr bağında baş verənlər, metrodakı olay, polisə müqavimət cəhdi qətiyyən qəbuledilməzdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR