Quba-Xınalıq yolunda iri qaya parçası dağdan qoparaq yolun hərəkət hissəsinə düşüb

Quba-Xınalıq yolunda iri qaya parçası dağdan qoparaq yolun hərəkət hissəsinə düşüb
  • Clock-gray 19:52
  • calendar-gray 26 Mart 2021

Bu gün Quba-Xınalıq avtomobil yolunun 53-cü km-də iri qaya parçası dağdan qoparaq yolun hərəkət hissəsinə düşüb.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin açıqlamasında deyilir.

Nəticədə yolda avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə hərəkətində problem yaranıb.

“Dərhal hadisə yerinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnikaları və canlı qüvvəsi cəlb edilib. İri qaya parçası qısa müddət ərzində xüsusi texnika ilə yolun hərəkət hissəsindən kənarlaşdırılıb və sözügedən yol ilə rahat və təhlükəsiz hərəkət təmin olunub”, - açıqlamada deyilir.

Sail Ağasəlim

Digər xəbərlər