Qubada baytarlıq aptekinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada baytarlıq aptekinin fəaliyyəti məhdudlaşdırılıb
# 16 aprel 2021 15:45 (UTC +04:00)

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Quba şəhəri, 29-cu məhəllə, mərkəzi bazar ərazisində fəaliyyət göstərən, “Samir-HS” MMC-yə məxsus baytarlıq aptekində yoxlama keçirilib.

AQTA-dan APA-ya verilən məlumata görə, yoxlama zamanı baytarlıq aptekinin vitrinində yararlılıq müddəti bitmiş dərman preparatları aşkar edilib. Belə ki, aptekdə sanitariya tələblərinə, saxlanma qaydasına və temperatur rejiminə əməl olunmadığı, dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin aparılmadığı, həmçinin işçi heyətin dövri olaraq tibbi müayinədən keçmədiyi müəyyən olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq baytarlıq aptekinin fəaliyyəti məhdudlaşdırılıb.

Araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR