Qubada vaxtından əvvəl doğulan əkiz uşaqların həyatı xilas edilib

Qubada vaxtından əvvəl doğulan əkiz uşaqların həyatı xilas edilib
# 23 fevral 2021 11:15 (UTC +04:00)

Quba rayonunda vaxtından əvvəl doğulan və ağır vəziyyətdə olan əkiz uşaqların həyatları xilas edilib.

Quba Regional Perinatal Mərkəzdən APA-ya verilən məlumata görə, Xudat şəhərindən mərkəzə daxil olan Zülfiyyə Talıbovanın vəziyyəti ağır olub. O, dərhal əməliyyata götürülüb və hamiləliyin 30-cu həftəsində 1400 və 1450 qram çəkisi olan əkiz oğlan uşaqları dünyaya gəlib.

Ağır vəziyyətdə olan əkiz uşaqların ağ ciyərlərinə 2 dəfə dövlət təminatlı “Curosurf” preparatı yeridilib. Uşaqlar tənəffüs dəstəyi aparatına qoşulub.

Hazırda hər iki uşağın vəziyyəti stabilləşib, sərbəst tənəffüs alırlar. Körpələrin çəkiləri 1800 və 1785 qrama qədər artıb. Əkizlər yaxın günlərdə ailələrinə qovuşacaqlar.

Qeyd edək ki, yeni doğulan uşaqların atası hərbçidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR