Qulam İshaqzai: “Azərbaycanda ekstremizmə qarşı ciddi mübarizə aparılır”

Qulam İshaqzai: “Azərbaycanda ekstremizmə qarşı ciddi mübarizə aparılır”
# 10 dekabr 2019 11:43 (UTC +04:00)

“Ekstremizm sərhədlər tanımayan bir təhdiddir. Bunun qarşısını almaq üçün birgə səylərin göstərilməsi vacibdir".

APA-nın xəbərinə görə, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai "Zorakı ekstremizm ilə mübarizə" adlı beynəlxalq konfransda deyib.

O bildirib ki, sülh və təhlükəsizliyin qorunması, dayanıqlı inkişafın təmin edilməsi, insan hüquqlarına hörmətin artırılması ekstremizmə qarşı mübarizədə vacib əhəmiyyət kəsb edir: “BMT Azərbaycanın ekstremizmə qarşı mübarizədə səmərəli əməkdaşlığını dəstəkləyir”.

Q. İshaqzai Azərbaycanda dini tolerantlığın və harmoniyanın mövcud olduğu bir cəmiyyətin formalaşdığını diqqətə çatdırıb. O bildirib ki, Azərbaycanda dünyəvilik qorunur və ekstremizmə qarşı ciddi mübarizə aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR