Qulam İshaqzai: "Gənclərin cəmiyyətdə oynadığı rolu daha da gücləndirmək lazımdır"

Qulam İshaqzai: "Gənclərin cəmiyyətdə oynadığı rolu daha da gücləndirmək lazımdır"
# 10 dekabr 2019 14:01 (UTC +04:00)

“Yer kürəsində əhalinin 23 faizini gənclər təşkil etməsinə baxmayaraq, dünya parlamentlərində onların sayı yalnız 2 faiz təşkil edir. Həmçinin dünya üzrə gənclər 3 dəfə az işlə təmin olunur və böyüklərlə müqayisədə 3 dəfə az məvacib alırlar. Bəzi ölkələrdə gənc qadınlara reproduktiv səhiyyə xidmətlərinə bərabər çıxışların əldə edilməsinə imkan verilmir. Ona görə də gəncləri səlahiyyətləndirmək vacibdir”.

APA-nın xəbərinə görə, bunu 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunan tədbirdə BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib.

O bildirib ki, Azərbaycanda əhalinin 30 faizi 14-29 yaş arasında olan gənclərdir: "Bu da hamımızın üzərinə onların cəmiyyətdə oynadığı rolu daha da gücləndirmək öhdəliyi qoyur. Azərbaycan hökuməti ilə tərəfdaşlıq sazişi layihə və proqramlarımızda gənclərin geniş şəkildə təmsil olunmasını nəzərdə tutur. 2016-cı ildə gənclər məsələləri üzrə Məşvərət Şurasını yaratmışıq. Bu şura BMT-yə, icmalara, ailələrə vaxtaşırı məlumat verir. Onların bir rolu da Dayanıqlı İnkişaf Məqsədlərini təşviq etmələridir. Bununla bağlı Gənclər və İdman Nazirliyi ilə tərəfdaşlıq qurmuşuq. Bu tərəfdaşlıq nəticəsində 17 gənc Dayanıqlı İnkişaf Məqsədlərinin səfiri kimi təyin olunub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR