Qəza zamanı sağlamlığa zərər dəymədiyi halda hadisə yerini tərk edən sürücü məsuliyyətə cəlb olunmayacaq

Qəza zamanı sağlamlığa zərər dəymədiyi halda hadisə yerini tərk edən sürücü məsuliyyətə cəlb olunmayacaq
# 12 aprel 2021 18:01 (UTC +04:00)

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunu təsdiqləyib.

APA-nın məlumatına görə, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücü hadisə yerini tərk etməsinə görə inzibati məsuliyyətə cəlb edilməyəcək.

Qanun əsasən, İnzibati Xətalar Məcəlləsinə yeni - 7-1-ci maddə əlavə edilib.

Qanuna görə, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücünün hadisə yerini tərk etməsinə bu Məcəllənin 327.6-cı maddəsinin qüvvəsi şamil edilməyəcək.

Qeyd edək ki, 327.6-cı maddə- yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilməsini nəzərdə tutur.

Bu dəyişiklik avtomobil yollarında baş verən kiçik yol-nəqliyyat hadisələrinə görə nəqliyyat axınının hərəkətini məhdudlaşdırmamaq və icraatı sadələşdirmək məqsədi daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR