Ramin Bayramlı: "Önəmli olan koronaviruslu xəstələri tez aşkarlamaqdır"

Ramin Bayramlı: "Önəmli olan koronaviruslu xəstələri tez aşkarlamaqdır"
# 08 aprel 2020 18:16 (UTC +04:00)

"Bəzi xroniki xəstələr, xüsusilə də dializ və periodik kimyəvi terapiya xəstələri daim müalicə almalıdırlar".

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, bu cür xəstələrin hər birinin ambulator kartla çıxarışları var. Tibb müəssisələri tərəfindən bu kartlar verilir: "Ciddi hallarda 103 və 113 təcili tibbi yardım köməyi də göstərə bilərik".

R. Bayramlı deyib ki, bir çox pasiyentlərin gec müraciət etmələri səbəbindən ağırlaşmaları çox olur: "Antivirus müalicəyə tez cavab verilməlidir, gecikəndə ağırlaşma çox olur. Son zamanlar 1700-1800 simptomatik müraciət olub ki, onların 80-90 faizi digər respirator xəstəliklərlə əlaqədardır. Amma önəmli olan koronaviruslu xəstələri tez aşkarlamaqdır. Əgər gec desələr, daha ağır müalicə tətbiq etmək məcburiyyətində qalırıq. Virus çox sürətli şəkildə ağciyərin toxumasını əhatə edir. Əgər həmin şəxslərdə digər xəstəliklər varsa və yaşlı şəxsdirsə, vəziyyət daha da pis olur. Eyni zamanda, ailə üzvlərini də yoluxdurmadan qorumaq üçün tez deməlidirlər. Vətəndaşlar təcili tibbi yardım xidmətindən mütləq şəkildə istifadə etməlidirlər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR