Reanimasiyada olan koronavirus xəstələrinin sayı açıqlanıb

Reanimasiyada olan koronavirus xəstələrinin sayı açıqlanıb
# 24 avqust 2020 17:23 (UTC +04:00)

Hazırda Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı 1803 nəfərdir.

TƏBİB-dən APA-ya verilən məlumata görə, reanimasiyada 181 xəstələr var. Süni tənəffüs cihazında olan xəstələrin sayı isə 21-dir.

Qeyd edək ki, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 152 yeni yoluxma faktı qeydə alınıb, 111 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 35426 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33104 nəfər müalicə olunaraq sağalıb, 519 nəfər vəfat edib, aktiv xəstə sayı 1803 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR