Reanimasiyada olan və süni nəfəs aparatına qoşulmuş koronavirus xəstələrinin sayı açıqlanıb

Reanimasiyada olan və süni nəfəs aparatına qoşulmuş koronavirus xəstələrinin sayı açıqlanıb
# 03 iyul 2020 17:23 (UTC +04:00)

Hazırda koronavirus infeksiyasına yoluxmuş xəstələrdən 267 nəfəri reanimasiyada müalicə alır.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, xəstələrdən 59 nəfəri süni aparat ilə nəfəs alır.

Qeyd edək ki, indiyədək ölkədə ümumilikdə 19 267 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 10 820 nəfər müalicə olunaraq sağalıb, 235 nəfər vəfat edib, 8 212 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR