Respublika Narkoloji Mərkəzində stasionar müalicəyə qəbul olunan xəstələrin sayı açıqlanıb

Respublika Narkoloji Mərkəzində stasionar müalicəyə qəbul olunan xəstələrin sayı açıqlanıb
  • Clock-gray 11:51
  • calendar-gray 03 İyul 2020

 2020-ci ilin 5 ayı ərzində Respublika Narkoloji Mərkəzində 2054 nəfər stasionar müalicəyə qəbul olunub.

APA-nın məlumatına görə, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanan hesabatda əksini tapıb.

Qeyd edilib ki, onlardan 359 nəfəri “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F10), 1190 nəfəri “Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F11), 13 nəfəri kannabinoidlərin qəbulu ilə bağlı psixi və davranış pozuntuları, 3 nəfəri “Sedavitlərin və yuxugətiricilərin qəbulu ilə bağlı psixi və davranış pozuntuları” (13), 14 nəfəri “Digər ctimulyatorların (o cümlədən kofeyinli)  qəbulu ilə bağlı psixi və davranış pozuntuları” (15), 465 nəfəri “Eyni zamanda bir neçə narkotik maddənin və psixotrop maddənin qəbulu ilə bağlı psixi və davranış pozuntuları” (19) diaqnozları ilə stasionar müalicəyə qəbul olunub. 

Günay Elşadqızı

Digər xəbərlər