Rezidenturaya qəbul üçün ixtisas seçimi başa çatıb - YENİLƏNİB

Rezidenturaya qəbul üçün ixtisas seçimi başa çatıb - YENİLƏNİB
# 26 sentyabr 2020 14:33 (UTC +04:00)

Rezidenturaya qəbul olmaq üçün müsabiqə nəticələrinin tarixi açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, müsabiqənin nəticələri sentyabrın 28-də elan olunacaq.

***

saat 11:10

2020-2021-ci tədris ilində rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başa çatıb.

APA-nın Dövlət İmtahan Mərkəzinin saytına istinadən xəbərinə görə, ümumi ixtisas seçimi etmiş namizədlərin sayı 456 olub. Onlardan 424-ü Azərbaycan, 32-si rus bölməsindən olan namizədlərdir.

Qeyd edək ki, müsabiqəyə yalnız “Namizədin electron ərizəsi”ndə ixtisasları seçmiş və təsdiq etmiş namizədlər buraxılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR