Rəis: "Azərbaycan nüvə və radiasiya təhlükəsizliyi ilə bağlı beynəlxalq təşkilatlarla əməkdaşlıq edir"

Rəis: "Azərbaycan nüvə və radiasiya təhlükəsizliyi ilə bağlı beynəlxalq təşkilatlarla əməkdaşlıq edir"
  • Clock-gray 12:42
  • calendar-gray 16 Mart 2021

Azərbaycan nüvə və radiasiya təhlükəsizliyinin təmin olunması istiqamətində beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

APA-nın xəbərinə görə, bunu Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi Vüqar Hüseynov deyib.

O bildirib ki, beynəlxalq əməkdaşlıq çərçivəsində ölkəmizin üzv olduğu Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ABŞ-ın Enerji Departamenti və digər aidiyyəti təşkilatlarla sıx əməkdaşlıq edir. 

V.Hüseynov həmçinin qeyd edib ki, hazırda ətraf mühiti çirkləndirə bilən radioaktiv mənbələr demək olar ki, yox dərəcəsindədir: "Sənaye sahələri, xüsusilə neft daşları, geoloji kəşfiyyat, sənaye radioqrafiyası tibb və inşaat sahələri radiasiya texnologiyalarından daha çox istifadə olunan sahələrdir. Neft çıxarılan bəzi ərazilərdə neftlə birgə çıxarılan lay suyunun tərkibində radioaktiv maddələr müşahidə olunsa da müasir texnologiyaları nəticəsində onların qarşısı alınır".

Sail Ağasəlim

Digər xəbərlər