Rəşad Mahmudov: "Cəmiyyətin böyük hissəsi pandemiyanın olduğunu qəbul edənə qədər yenidən qadağalara geri dönə bilərik"

Rəşad Mahmudov: "Cəmiyyətin böyük hissəsi pandemiyanın olduğunu qəbul edənə qədər yenidən qadağalara geri dönə bilərik"
  • Clock-gray 19:23
  • calendar-gray 18 İyun 2020

“Sərt karantin rejiminin iqtisadi, psixoloji və mədəni sahədə verdiyi orta və uzunmüddətli zərərlər var. Ancaq Prezident İlham Əliyev insanların sağlamlığının prioritet olduğunu bəyan edib və bu strategiya davam etdirilir”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Operativ Qərargahın tibbi eksperti, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib.

 R. Mahmudov deyib ki, Azərbaycan cəmiyyətinin böyük bir hissəsi pandemiyanın olduğunu qəbul edənə qədər yenidən qadağalara geri dönmələrlə qarşı-qarşıya qala bilərik: “Təhlükə vardısa, niyə yumşalma olmasına gəlincə, əgər Ümumdünya Səhiyyə Təşkilatı, ölkələr virusun necə davranacağını bilsəydi, pandemiya elan olunmazdı”.

Ramiz Mikayıloğlu

Digər xəbərlər