Rusiyalı mütəxəssislər Mərkəzi Gömrük Hospitalında olublar

Rusiyalı mütəxəssislər  Mərkəzi Gömrük Hospitalında olublar
# 10 iyul 2020 13:27 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabineti yanında Operativ Qərargaha göstərişinə uyğun olaraq yeni növ koronavirus (COVID-19) sahəsində çalışan bir qrup xarici mütəxəssis Azərbaycana gəlib.

Mərkəzi Gömrük Hospitalından APA-ya bildirilib ki, iyul ayının 9-da koronavirus pandemiyası ilə bağlı Rusiya Federasiyasından həkim heyəti Azərbaycan Respublikasına səfər edib. Rusiya Federal Biomedikal Agentliyinin (FBMA) baş infeksionisti Vladimir Nikiforov başda olmaqla nümayəndə heyəti Mərkəzi Gömrük Hospitalında olublar. Onlar Hospitalın şöbələrini gəzib, Reanimasiya şöbəsində və digər stasionar şöbələrdə koronavirus infeksiyası ilə müalicə olunan xəstələri ziyarət ediblər.

Hospitalın həkimləri ilə birgə müalicə protokolları, görülən diaqnostik və müalicə tədbirləri barədə diskussiyalar aparılıb, müəyyən tövsiyələr verilib. Hospitalın şöbələri ilə tanışlıqdan sonra Mərkəzi Gömrük Hospitalının baş həkimi Elman Məmmədov və müalicə işləri üzrə rəsi müavini Bəxtiyar Musayevlə rusiyalı həkimlər arasında görüş keçirilib.

Görüş zamanı qonaqlar Hospital barədə öz fikirlərini deyib. Onlar Hospitalın COVİD-19-la mübarizəyə hazırlıqda, avadanlıq və müalicə taktikası və müalicə sxemləri ilə bağlı yüksək professionallığını xüsusi qeyd ediblər. Qonaqlar, eyni zamanda, Hospitalın texniki cəhətdən hazırlığını, burada xəstələr və tibbi personal üçün xüsusi yolların ayrılmasını, nişanlanmasını, dezinfeksiya zonasını, Hospitalın texniki təchizatını, işlənilən protokolları yüksək qiymətləndiriblər, ümumilikdə Mərkəzi Gömrük Hospitalının fəaliyyəti barədə xoş fikirlər səsləndiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR