ƏƏSMN: Mart ayı üzrə bütün pensiya, müavinət və təqaüdlər ödənilib

ƏƏSMN: Mart ayı üzrə bütün pensiya, müavinət və təqaüdlər ödənilib
  • Clock-gray 22:06
  • calendar-gray 19 Mart 2021

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu Novruz bayramı ilə əlaqədar mart ayı üzrə bütün pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı sosial yardımların ödənişini təmin edib.

Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, mart ayının 5-16-sı aralığında ölkə üzrə bütün pensiyalar, son günlərdə isə digər sosial ödənişlər vətəndaşların hesablarına köçürülüb: “Mart ayının pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı sosial yardımlarının ödənişinin qrafikdən əvvəl olmaqla bayrama qədərki günlərdə həyata keçirilməsi təmin olunub”. 

 

apa-logo-mini

Digər xəbərlər