ƏƏSMN: Qazinin atası dərzi sexini qurması üçün avadanlıqlarla, qardaşı isə işlə təmin edilib

ƏƏSMN: Qazinin atası dərzi sexini qurması üçün avadanlıqlarla, qardaşı isə işlə təmin edilib
# 17 dekabr 2020 11:13 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qələbəmizin qəhrəmanlarına, onların ailə üzvlərinə dəstək tədbirləri davam edir.

Nazirlikdən APA-ya verilən məlumata görə, nazirliyin əməkdaşları Vətən müharibəsində yaralanmış Atakişiyev Hüseynin ailəsinin vəziyyəti ilə tanış olarkən atası Əfqan Atakişiyevin dərzi olsa da, lazımi avadanlıqları olmadığına görə işləmədiyini öyrəniblər.

İstəyinə uyğun olaraq, həmin gün növbədənkənar özünüməşğulluq proqramına cəlb edildi. Ona dərzi sexini qurması üçün bütün avadanlıqlar (bir neçə növ tikiş maşını masaları ilə birgə, buxar ütüsü, ütü masası və s.) verilib.

Qazimizin anası işləyir, qardaşı Elmir işləmədiyi üçün o da ödənişli ictimai işlərə cəlb edilib.

Hüseynin özünün isə yaxın günlərdə əlilliyi qiymətləndiriləcək. Əlillik təyinatı aparıldığı halda, hər ay təqaüd və müavinətlə, Nazirlik tərəfindən reabilitasiya xidmətləri ilə təmin olunacaq.

Bakının Suraxanı rayonunda yaşayan ailə bundan sonra da diqqətimizdə olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR