ƏƏSMN əməkdaşları şəhid Ələddin Xəlilovun ailəsi ilə görüşüb

ƏƏSMN əməkdaşları şəhid Ələddin Xəlilovun ailəsi ilə görüşüb
# 07 yanvar 2021 13:03 (UTC +04:00)

Digər şəhid ailələri kimi, İkinci Qarabağ müharibəsində şəhid olmuş Xəlilov Ələddin Əlizaman oğlunun ailəsi də Prezidentin aylıq təqaüdü ilə təmin olunacaq, həmçinin ailəyə 11 min manat birdəfəlik sığorta ödənişi ödəniləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən məlumata görə, nazirliyin əməkdaşları Bakı şəhərinin Qaradağ rayonunun Qobustan qəsəbəsində yaşayan şəhid ailəsi ilə görüş zamanı ailə üzvlərinə barədə məlumat veriblər.

Hazırda şəhidlərin ailə üzvlərinə onlar üçün nəzərdə tutulan sosial ödənişlərin təyinatı prosesi davam edir və təyinatların daha qısa müddətdə aparılması diqqətdə saxlanır. Şəhidin atası işləyir, anası evdar qadındır, bacı və qardaşı isə məktəblidir.

Ailəyə sosial təminat hüquqları, şəhid ailələri üçün nəzərdə tutulan dəstək tədbirləri, habelə mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyac duyan ailə kimi qeydiyyata alınmış şəhid ailələrinin mənzil və ya fərdi evlə təmin edildikləri barədə də məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR