ƏƏSMN-nin binası Azərbaycan bayrağına bürünüb

ƏƏSMN-nin binası Azərbaycan bayrağına bürünüb
# 09 noyabr 2020 13:41 (UTC +04:00)

Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun zəfərləri, möhtəşəm Şuşa Qələbəsi ölkəmizdə ümumxalq qalibiyyət ruhunu, bayram ovqatını dəfələrlə artırıb. Hər yer dövlət rəmzimiz olan Azərbaycan bayrağı ilə bəzədilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən məlumata görə, Nazirliyin binasının Azərbaycan bayrağı ilə bəzədilməsi də bu əlamətdar tarixi günlərdə xalqımızın Qələbə ruhuna uyğun gözəl, füsünkar bir görüntü yaradıb. Paytaxtın mərkəzi hissəsində yerləşən binada qurulmuş və ümumən ərazinin simasına yeni bir gözəllik qatan bu mənzərə həm gündüz, həm gecə vaxtlarında şəhərin müxtəlif yerlərindən diqqəti cəlb edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR