ƏƏSMN sistemindən 81 əməkdaş İkinci Qarabağ müharibəsində iştirak edib

ƏƏSMN sistemindən 81 əməkdaş İkinci Qarabağ müharibəsində iştirak edib
  • Clock-gray 19:52
  • calendar-gray 28 Dekabr 2020

Prezident İlham Əliyevin sərəncamları ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Nizami Hüseynli üç medalla - “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, Məşğulluq siyasəti və demoqrafik inkişaf məsələləri şöbəsinin baş məsləhətçisi olan Nizami Hüseynli müharibənin ilk günlərindən səfərbərlik çərçivəsində döyüşlərə yollanıb. Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə şəxsi igidlik və şücaət nümayiş etdirənlərdən biri olub.

Ümumilikdə, Nazirlik sistemindən 81 əməkdaş İkinci Qarabağ müharibəsində iştirak edib və möhtəşəm Zəfərimizin qazanılmasına öz töhfəsini verib.

 

apa-logo-mini

Digər xəbərlər