ƏƏSMN tabeliyindəki iki Agentliyə ayrılacaq vəsait müəyyələşib

ƏƏSMN tabeliyindəki iki Agentliyə ayrılacaq vəsait müəyyələşib
  • Clock-gray 13:13
  • calendar-gray 21 Dekabr 2020

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin maliyyə təminatı üçün 37,1 milyon manat vəsait nəzərdə tutulub.

APA-nın məlumatına görə, bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, bu da 2020-ci illə müqayisədə 6,3 milyon manat və ya 20,5 faiz çoxdur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinə 2021-ci ilin dövlət büdcəsində 48,0 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2020-ci illə müqayisədə 11,0 milyon manat və ya 29,7 faiz çoxdur.

Günay Elşadqızı

Digər xəbərlər