ƏƏSMN yanında İctimai şura yenidən seçiləcək

ƏƏSMN yanında İctimai şura yenidən seçiləcək
# 11 yanvar 2021 13:06 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın (yeni tərkibdə) üzvlüyünə dair keçiriləcək birgə yığıncaqla (səsvermə) bağlı elan verilib.

Nazirlikdən APA-ya verilən məlumata görə, vətəndaş cəmiyyəti institutlarının nəzərinə çatdırılır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın birgə yığıncağında (səsvermə) iştirak etmək istəyənlər 12.01.2021-ci il tarixindən 30.01.2021-ci il tarixinədək (iş günləri saat 10.00-dan 17.00-dək) Nazirlik yanında İctimai şuranın Seçki Komissiyasına müraciət edə bilərlər. (Sənədlər Nazirliyin Sənədlərlə və vətəndaş müraciətləri ilə iş şöbəsinə təqdim edilməlidir. Ünvan: ƏƏSMN-nin inzibati binası, S.Əsgərova küç. 85)

Birgə yığıncaqda (səsvermə) hər bir vətəndaş cəmiyyəti institutundan bir nümayəndə iştirak edə bilər.

Səsvermədə iştirak üçün müraciətə (müraciətdə səsvermədə iştirak edəcək şəxsin əlaqə vasitələri, e-mail və digər zəruri məlumatları qeyd edilməlidir) vətəndaş cəmiyyəti institutları aşağıdakı sənədləri əlavə etməlidir:

- səsvermədə iştirak edəcək nümayəndənin şəxsiyyət vəsiqəsinin surəti;

- vətəndaş cəmiyyəti institutunu təmsil etdiyini təsdiq edən sənədin surəti;

- təmsil etdiyi vətəndaş cəmiyyəti institunun dövlət qeydiyyatı ilə bağlı sənədin surəti.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuraya seçkiylə bağlı birgə yığıncaq (səsvermə) 09.02.2021-ci il tarixində saat 10.00-dan–15.00-dək Nazirlikdə (II mərtəbə, iclas zalı) keçiriləcək. Şəffaflığın təmin edilməsi məqsədilə səsvermənin videoçəkilişi aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR