SN: Təkrar test ediləndə vətəndaşın səhhətində problem olmursa, onun işə çıxması üçün poliklinika arayış verir

SN: Təkrar test ediləndə vətəndaşın səhhətində problem olmursa, onun işə çıxması üçün poliklinika arayış verir
# 31 iyul 2020 15:53 (UTC +04:00)

TƏBİB və Səhiyyə Nazirliyi 21 gün karantindən sonra vətəndaşların adının sistemdən çıxmaması ilə bağlı məsələyə münasibət bildirib.

APA-nın məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) missiyasının yekunlarına dair virtual mətbuat konfransında TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib ki, hazırda poliklinikaların idarə olunması Səhiyyə Nazirliyindədir: “Kliniki olaraq sağalma üçün xəstənin öskürəyi, hərarəti olmamalıdır. Asimptomatik olaraq xəstəliyi keçirənlər 14 gün özünü izolyasiya etsə, yaxşı olar”.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Əbubəkirov isə bildirib ki, xəstəlik müddəti bitəndən sonra xəstəliyin göstəricisi yoxdursa, ona poliklinika arayış verməlidir: “Təkrar test ediləndə vətəndaşın səhhətində problem olmayandan sonra onun işə çıxması üçün poliklinika arayış verir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR