SN: Vaksinasiyadan keçən 500 minə yaxın insanda ağırlaşma halları olmayıb

SN: Vaksinasiyadan keçən 500 minə yaxın insanda ağırlaşma halları olmayıb
# 17 mart 2021 15:15 (UTC +04:00)

“Koronavirusa qarşı peyvəndlərin hər birinin təsirləri müxtəlif ola bilər”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “COVID-19, vaksinasiya və gigiyena” mövzusunda çıxışında deyib. O bildirib ki, birinci doza vaksin vurulduqdan sonra peyvəndə qarşı allergik reaksiyası olan şəxslərə vaksin vurmaq olmaz. Bundan başqa, xroniki xəstəliyi kəskinləşən vaxt həmin şəxs peyvənd vurdurmamalıdır. Xəstəlik normalaşandan sonra vaksin vurdurmaq olar. Onkoloji xəstələr də aktiv müalicə zamanı vaksin vurdura bilməz.

Onun sözlərinə görə, 500 minə yaxın insan vaksinasiyadan keçib, amma elə bir ağırlaşma halları olmayıb: “Bununla bağlı Səhiyyə Nazirliyinə müraciətlər edilməyib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR