SOCAR əməkdaşlarının COVID-a qarşı vaksinasiyası aparılır

SOCAR əməkdaşlarının COVID-a qarşı vaksinasiyası aparılır
# 08 aprel 2021 11:46 (UTC +04:00)

"Hazırda vaksinasiya üçün səyyar briqadalar təşkil olunur. Səyyar briqadalarin təşkil olunmasında məqsəd tibb məntəqələrində sıxlığın aradan qaldırılması və vaksinasiyanın sürətləndirilməsidir".

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxış deyib.

O bildirib ki, dövlət orqanlarından daxil olan müraciətlərə əsasən, belə səyyar briqadalar təşkil olunur: " İki gündür ki, SOCAR-ın baş ofisində səyyar vaksinasiya təşkil olunub. Bu gün 150 nəfərə yaxın əməkdaşın vaksinasiyası həyata keçiriləcək. Ümumilikdə isə 1000 əməkdaşın könüllü şəkildə peyvənd olunması nəzərdə tutulub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR