Saatlıda ağacəkmə kampaniyası keçirilib - FOTO

Saatlıda ağacəkmə kampaniyası keçirilib - FOTO
# 06 dekabr 2019 12:10 (UTC +04:00)

İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə Saatlı sakinləri də qoşulub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Saatlı rayonunda həmişəyaşıl ağac və gül kolları əkilməsi prosesi bu gün başa çatıb.

Uzunluğu 40 kilometrdən çox olan yaşıllıq zolağı salınıb. Həmçinin, şəhər mərkəzində yerləşən Muğan və Gənclər parklarında, o cümlədən idman kompleksinin boş qalan ərazilərində müxətlif növ ağaclar əkilib.

Ağacəkmə kampaniyasında rayonun 15 min sakini iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR