Sabah 21 dərəcə isti olacaq

Sabah 21 dərəcə isti olacaq
# 03 aprel 2021 11:51 (UTC +04:00)

Aprelin 4-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, aprelin 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq.

Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 7-10 dərəcə isti, gündüz 15-19 dərəcə isti olacaq. Bakıda gecə 8-10 dərəcə isti, gündüz 17-19 dərəcə isti olacaq.

Aprelin 4-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-8 dərəcə isti, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 3-6 dərəcə şaxta, gündüz 7-12 dərəcə, bəzi yerlərdə 16 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR