Sabah yağış yağacaq

Sabah yağış yağacaq
  • Clock-gray 11:58
  • calendar-gray 14 Mart 2021

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin  dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 3-5 dərəcə isti,  gündüz 7-9 dərəcə isti, Bakıda gecə 3-5 dərəcə isti,  gündüz 7-9 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək, nisbi rütubət  gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Martın 15-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam  bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 10-12 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

 

apa-logo-mini

Digər xəbərlər