Sabahdan məktəbəhazırlıq qruplarına elektron qeydiyyat başlayır

Sabahdan məktəbəhazırlıq qruplarına elektron qeydiyyat başlayır
# 17 avqust 2020 19:04 (UTC +04:00)

Avqustun 18-dən dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesinə start veriləcək.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, valideynlər (digər qanuni nümayəndələr) "mektebeqebul.edu.az" elektron sistemindən övladının şəxsiyyət vəsiqəsi ilə elektron qeydiyyatdan keçə bilərlər.

Məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi isə avqust ayının 20-dən başlanılacaq.

Qeyd edək ki, 2020-2021-ci dərs ilində məktəbəhazırlıq qruplarına 2015-ci ildə anadan olmuş uşaqlar cəlb olunacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR